Modern.az

Meriya Cəmil Həsənliyə “yox”, Hafiz Hacıyevə “hə” dedi

Meriya Cəmil Həsənliyə “yox”, Hafiz Hacıyevə “hə” dedi

Təhsil

25 Sentyabr 2013, 15:12


Bakı şəhər İcra Hakimiyyəti Milli Şura və Müasir Müsavat Partiyasının mitinq müraciətlərinə cavab verib.

Milli Şura üzvü Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, meriya müxalifətin 29 sentyabr tarixinə müəyyən etdiyi mitinqə icazə verməyib. Icra hakimiyyəti Milli Şuraya görüş-mitinqin 28 sentyabr tarixində keçirilməsini təklif edib.

Bakı şəhər İcra Hakimiyyəti Milli Şura ilə eyni günə mitinq keçirmək istəyən Müasir Müsavat Partiyasının təklifini qəbul edərək prezidentliyı namizəd Hafiz Hacıyevə seçicilərlə görüş keçirməyə icazə verib.

Qeyd edək ki, Müasir Müsavat Partiyası və Milli Şura sentyabrın 29-da saat 16-dan saat 18-dək Yasamal rayonu “Məhsul”idman sağlamlıq kompleksinin stadionunda (İnşaatçılar metrostansiyasının yanı) mitinq keçirmək üçün meriyaya müraciət ediblər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı