
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi dekabrın 28-də Qobustan rayonu ərazisində baş vermiş ağır yol qəzası barədə məlumat yayıb. Rəsmi məlumata görə, iki “VAZ” markalı minik avtomoili toqqşub. Nəticədə yol nəqliyyat qəza hadisəsində sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin 1985-ci il təv. Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təv. Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təv. Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 16:20-də başa çatıb.
Modern.az