Modern.az

Məmmədyarov həmsədrlərlə görüşüb

Məmmədyarov həmsədrlərlə görüşüb

Təhsil

22 İyul 2014, 23:24


Azərbaycanın  xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi “Şərq Tərəfdaşılığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı çərçivəsində  ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

Bu barədə  XİN-in mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Məlumata görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.  

 Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi