Modern.az

“Qarabağdan” möhtəşəm QƏLƏBƏ: - 4-0

“Qarabağdan” möhtəşəm QƏLƏBƏ: - 4-0

Təhsil

22 İyul 2014, 23:30


Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları başlanıb. Modern.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəl  “Qarabağ” da bu gün Maltanın “Valetta” klubu ilə qarşılaşıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda doğma meydanda Maltanın “Valletta” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxıb. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edirdi. Bu görüşdə "Qarabağ" rəqibini darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib - 4:0. 

Qeyd edək ki, "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın "Zalsburq" klubu olacaq. Bu komandalar arasında ilk oyunun iyunun 30-da baş tutacaq.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı