Modern.az

Vətəndaş sevgisi

Vətəndaş sevgisi

Təhsil

27 İyul 2014, 12:27

Hər zaman cəmiyyətdə fərqli baxışlar olub və olacaq.  Rəsmən xalq şairi adı verilməyən şairi xalq şairi  kimi təqdim edir, akademik olmayan alimə akademik deyə müraciət edir,  müharibə  qəhrəmanını  “Milli   qəhrəman” kimi  həvəslə təqdim edirik. Vətəndaş sevgisindən qaynaqlanan bu müraciətlər bəzən bir mənalı qarşılanmır.  Bir şox hallarda siyasi don geyindirir və bu kimi təqdimatları  təəssüf ki “sinirə”  bilmirik….

***

Musa Yaqub  Azərbaycan poeziyasının zirvəsində dayananlardandır. Dayandığı zirvədə isə ancaq barmaqla sayıla biləcək insanlar var.  Maraqlıdır ki, xalq şairi olmasa da əksəriyyət ona xalq şairi kimi müarciət edir.  Özü də təbii qarşılayır. Daim xalqının içində olduduğundan, böyüyüb boya başa çatdığı Buynuz kəndində  camatının arasında olur, onlarla nəfəs alır.  Özünündə yazdığı kimi “bütün dünya gül bağçası olsa da,” hələ ki xalqının verdiyi ad  rəsmiləşdrilməyib. “Burada təəccüblü hec nə yoxdu”, - deyir…

Bu günlərdə yolumu Buynuz kəndinə salmışdım. Yarım saat ərzində on nəfərə yaxın dostu tanışı,  həmkəndlisi gəlib şairi yoluxduqlarının şahidi oldum. Yarım saat ərzində danışmağa imkan belə tapmadım...

Şair özünü rahat hiss edə bilər. Xalqının, dost-tanışlarınn ona olan sevgisi hələ tükənməyib. Heç tükənəsi də deyil…

*** 

Ağdamla bağlı anım mərasimlərində hörmətli ziyalımız, professor Rafiq Əliyevi yeni beynəlxalq mükafat aldığına görə gec də olsa təbrik etdim.  Tanınmış alimimizi də bəzən akademik kimi təqdim edirlər. Amma bu ad hələ rəsmiləşdirilməyib…

Çox qısa dialoqumuz oldu:

- Rafiq müəllim, bütün dünyanı fəth etdiyiniz vaxtda  Azərbaycanı nə vaxt fəth edəcəksiniz?- sualına Rafiq müəllim özünməxsus şəkildə cavab verdi:

- Vüqar, əzizim,  ərazisi kiçik olsa da Azərbaycan mənim üçün böyükdür. İnkişaf etdikcə zirvələri də böyüyəcək. Onda yəqin ki, biz də özümüzdə olan zirvələri fəth edəcəyik...

Rafiq müəllimin çox böyük əminliklə dediyi söz  məni tutdu. Və bir  daha təvazökar şəxsiyyətdəki dahiliyə əmin oldum..

Belə şəxsiyyətlər gücü xalqından və torpağından alır.  Torpağı işğal altında olduğundan  enerjini tam ala bilmir Rafiq müəllim.  Torpaqlar işğal altında olmasaydı yəqin ki, daha əminliklə öz zirvələrimizi fəth edə bilərdi...

Hər məqamın və qərarın  zamana ehtiyacı var. Yəqin ki, zaman məqam gələndə öz diqtəsini edəcək...

***

 Müharibə veteranı olsn İbad Hüseynovu bu gün Azərbaycanda balacadan böyüyə kimi  hamı tanıyır.  “Qırzmızı bayraq” ordeni ilə təltif edilsə də,  veteranı hamı “Milli Qəhrəman” kimi təqdim edir. Və bu günlər də keçirilən tədbirlərin birində də belə olmuşdu. Söz yox ki, İbad Hüseynovun belə təqdimata ehtiyacı olmasa da, hər halda bütün bu təqdimatlar xalqın ona olan sevgisindən qaynaqlanır. Bu gün də Ali Baş komandan əmr versə İbad Hüseynov ön cəbhədə olacaq və daha böyük qələbələrə imza atacaqdır. Ancaq bu gün bir kimsə onun Milli Qəhrəman kimi təqdimatından qıcıqlanmamalıdır. Əksinə düşünməlidir ki, İbad Hüseynovun göstərdiyi  qəhramanlıq nümünəsini təkrar  etməyin  vaxtı çatmayıbmı. Bəzən İbad Hüseynovun qəhrəmanlığını müzakirəyə çıxarıb onu gölgə altında almaq istəyi də olur. Amma bununla biz nə qazanırıq?

Qəhrəmanlıq müzakirə edilmir. O təblig olunur. Təkrarlanır...

***

Fikrimcə vətəndaş  mövqeyi HƏR ZAMAN üstün tutulmalı və hər kəs öz yerini bilməli, hərəkəti və sözüylə düşmən dəyirmanına su tökməməli və bu tipli təqdimatlara reaksiya verməməlidir. Nə qədər gec deyil, mövcud  və hiss olunan anlaşılmazlığı aradan qaldırmaq üçün atılan hər bir addımı dəstəkləməli və qiymətləndirməliyik...

Bu gün bütün dünya yuxarıda qeyd etdiyimiz şəxsləri qəbul edirsə, demək onu birinci özümüz qəbul etməli və BÖYÜK olduğumuzu əməlimizlə isbat etməliyik...

Xalqın  yaddaşında qalan  məncə elə bu addımımız  olacaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı