Modern.az

“Ümid edirik ki, tezliklə İlham Mirzəyevin həbs müddəti bitəcək” - Vəkil

“Ümid edirik ki, tezliklə İlham Mirzəyevin həbs müddəti bitəcək” - Vəkil

Təhsil

5 Avqust 2014, 15:31


“İlham Mirzəyevlə vaxtaşırı görüşürük. Hər şey qaydasındadır. Hərdən səhhətində müəyyən narahatlığı olur. O da hər insanda müşahidə olunan hallardır. Yaxınları ilə də görüşməsinə heç bir maneə yoxdur”.

Bu barədə Modern.az saytına açıqlamasında teleaparıcının vəkili Xanlar Bayramzadə bildirib.

“Ümid edirk ki, tezliklə İlham Mirzəyevin həbs müddəti bitəcək”, -deyə vəkil qeyd edib.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Telejurnalistin həbs müddəti sonuncu dəfə iyulun 5-də 2 ay müddətinə uzadılıb. Hazırda iş üzrə istintaq gedir.

Gülşən RAUFQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı