Modern.az

Əhməd Davudoğlu Türkiyəyə yeni baş nazir gətirilir

Əhməd Davudoğlu Türkiyəyə yeni baş nazir gətirilir

Təhsil

13 Avqust 2014, 09:51

Nazirin məsləhətçisi baş nazirin müşaviri oldu


Əli Sarıqaya Türkiyə baş nazirin müşaviri təyin olunub. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Əli Sarıqaya xarici işlər naziri Əhməd Davudoğlunun məsləhətçilərindən biri idi. O, Davudoğlunun ali məktəbdən tələbəsi kimi də ən yaxın şəxslərdən olub. Sarıqaya xarici işlər naziri ilə artıq 12 ildən çoxdur birlikdə çalışır. Onun adı əvvəllər nazir müavini vəzifəsinə namizəd kimi çəkilmişdi, lakin həmin posta Naci Koru gətirildi.

Qeyd edək ki, Sarıqayanın bu vəzifəyə təyinatı Əhməd Davudoğlunun Türkiyənin yeni baş naziri olacağına bir işarə kimi də dəyərləndirilir.

Türkiyə KİV-ləri xəbər verir ki, avqustun 27-də hakim partiyanın qurultayında yeni müvəqqəti baş nazirin təyin ediləcək. Məlumata görə, müvəqqəti baş nazir vəzifəsində 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər olacaq.

Rüfanə GÜNƏŞ
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı