Modern.az

İran səfirindən Cavad Heyətlə bağlı başsağlığı: “Hər kəs Allaha tərəf qayıdacaq”

İran səfirindən Cavad Heyətlə bağlı başsağlığı: “Hər kəs Allaha tərəf qayıdacaq”

Təhsil

13 Avqust 2014, 13:27


İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin məşhur azərbaycanlı cərrah Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib:
Modern.az-ın məlumatına görə, səfir bildirib:

“Görkəmli iranlı cərrah və həkim, Prof. Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verir, mərhumun ruhu üçün Allahdan rəhmət diləyirəm.  Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O, özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadıgar qoydu”.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...