Modern.az

Universitet rektoru tələbə adı qazanan gənclərlə görüşdü

Universitet rektoru tələbə adı qazanan gənclərlə görüşdü

Təhsil

13 Avqust 2014, 16:20



Avqustun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov bu il universitetə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüşüb. Bunu Modern.az- a ADİU-nun mətbuat xidmətindən bildiriblər.
Universitetin II tədris binasında keçirilən görüşdə rektor gəncləri tələbə adı qazanmaları münasibəti ilə təbrik edib, onların sənədlərinin qeydiyyatı ilə yaxından tanış olub. Ə.Muradov tələbə və valideynlərə universitetlə bağlı gələcək plan barədə məlumat verib.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində tələbə adını qazananların sənədlərinin qeydiyyata alınması avqustun 18-dək davam edəcək.  Bu il keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ADİU-ya qəbul olan tələbələrin sayı 3309 nəfərdir.

Rüfanə GÜNƏŞ 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı