Modern.az

Obama İŞİD-ə qarşı yeni hərbi əməliyyatlara başlayacaq

Obama İŞİD-ə qarşı yeni hərbi əməliyyatlara başlayacaq

Təhsil

24 Avqust 2014, 00:52


ABŞ terrorla mübarizə strategiyası çərçivəsində “İslam Dövləti” (əvvəlki adı İŞİD) terrorçu təşkilatına qarşı yeni hərbi əməliyyatlara başlamaq niyyətindədir.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti yazıb.

Sözügedən mətbuat orqanı iddia edib ki, Barak Obama administrasiyası bu məqsədlə ABŞ Konqresinə icazə üçün müraciət edəcək.  

Məlumata görə əgər Konqres müraciəti təsdiqləyərsə, ABŞ İraq və Suriyada “İslam Dövləti”nə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.  

Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyənin yardımı ilə  İraqdakı sünni vətəndaşların “İslam Dövləti”nə dəstək verməmələri üçün ABŞ-ın bu ölkələrlə danışıqlara başlayacağı da bildirilib.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı