Hazırda Türkiyədə onlar barəsində araşdırmalara başlanılıb
PKK terror təşkilatının 8 üzvü Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.
Şırnakda terror təşkilatından qaçan 6-sı 18 yaşından kiçik 8 nəfərin təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilir.
Şırnak valiliyindən verilən açıqlamada bildirilir ki, PKK-nı tərk edərək qaçanlar Silopi mahalı yaxınlığında təklükəsizlik qüvvələrinə təslim olublar.
Təslim olunan şəxslərin kimliyi açıqlanmasa da, onlar barəsində araşdırmalar başlayıb.
Qeyd edək ki, 2013-cü ilin martın 21-dən indiyə kimi PKK-dan qaçıb təslim olunanların sayı 419-a çatıb.