Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.
Modern.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb.Ağdam təmsilçisi doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edib.
Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaqdı. "Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaqdı. Ancaq bu matçda "Qarabağ" rəqibinə 1:2 hesabı ilə uduzub.
Modern.az