
Ermənistanın keçmiş daxili işlər naziri Vladimir Darbinyan ölüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aprelin 10-da 84 yaşı tamam olacaq siyasətçi uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Vladimir Darbinyan Yerevan Dövlət Universitetinin tarix və hüquqşünaslıq fakültələrində təhsil alıb. 1969-1975-ci illərdə Ermənistanın daxili işlər naziri, 1975-1991-ci illərdə isə ədliyyə nazirinin müavini olub.
1990 və 1995-ci illərdə 2 dəfə deputat seçilib. 2003-cü ildə isə Ermənistanda keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüşdü.
Modern.az