Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, London və Nyu-York birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur. Elektron ticarətlərin gedişatında Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti 50,88 dollar olub. İCE London qitələrarası birjasında isə Brent markalı neftin bir barelinin qiyməti 53,70 dollara düşüb.
Modern.az