Ballistik raketləri kosmosda vurmağa qadir olan “Xets-3” komplekslər İsrail ordusunun istifadəsinə verilib. Modern.az saytı xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, “Xets-3” raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.
Qeyd edək ki, “Xets-3” raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib.
Modern.az