Qeyri-adi konstruksiyasına görə bina hündürlüyünə görə yox, uzunluğu ilə seçiləcək. Modern.az Aznews.az-a istinadən xəbər verir ki, Oiio studiyasının hazırladığı plana əsasən The Big Bend adlanan binanın uzunluğu 1230 metr olacaq.
Bina 2 nazik paraleldən ibarət olacaq, sonda isə arka ilə birləşəcək. Lakin bina hündürlüyünə görə dünyada birinci olmayacaq. Çünki hündürlük 600 m nəzərdə tutulub.
Bina mərkəzi parkın yaxınlığında tikiləcək.
Modern.az