Türkiyədə 278 nəfərin ölümü ilə nəticələnən terror aktları törətməkdə şübhəli bilinən şəxs tutulub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Hacı Türmakdır. Hacı Türmak Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinir.
Terrorçunu İraqın Ərbil şəhərində Türkiyə Milli İstiqbarat Təşkilatı və Silahlı Qüvvələrin xüsusi təyinatlılarından ibarət qrup saxlayıb. O, terrorçu PKK-nın qruplaşmasının qollarından biri sayılan TAK dəstəsinə başçılıq edib.
Modern.az