ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, C.Mettisin səfəri avqustun 23-də baş tutacaq.
Səfər çərçivəsində Pentaqon rəhbəri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, eləcə də PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.