Modern.az

Rusiya İŞİD mövqelərini bombaladı

Rusiya İŞİD mövqelərini bombaladı

Dünya

26 Sentyabr 2017, 20:27

Rusiya Silahlı Qüvvələri Suriyaya növbəti dəfə raket zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanıın Hərbi-Kosmik Qüvvələri Suriyada İŞİD mövqelərini bombalayıb.

Məlumata görə, Rusiyanın “Tu-95MS” təyyarələri İran üzərindən Suriyaya daxil olaraq İdlib və Deyr-əz-Zor əyalətlərində uçuşlar həyata keçirib.

 

Zərbələr nəticəsində bir çox hədəfin məhv edildiyi məlumat verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok