Əfqanıstanın Kapis əyalətində terrorçunun hucumu nəticəsində xarici ölkələrin 3 sülhməramlı əsgəri həlak olub. Modern.az “Röyter” agentliyinə istinadən bildirir ki, bu barədə əyalətin rəhbəri Əbdül Həkim bildirib. “Özünü partladan terrorçunun bombasından 3 sülhməramlı həlak olub. İki dinc sakin və polis yaralanıb”-deyə o qeyd edib.
NATO-nun Əfqanıstanda olan nümayəndəsi hücum faktını təsdiq etsə də, həlak olan əsgərlərin hansı ölkələrə mənsub olduğunu açıqlamaqdan imtina edib.