Rusiyada yenidən prezident postu uğrunda mübarizə aparan hazırkı dövlət başçısı Vladimir Putinin rəqibləri rəsmən bəlli olub.
Rusiya Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək seçkilərə qatılan prezidentliyə namizədlərin qeydiyyatını yekunlaşdırıb.
Modern.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, seçkilərdə 8 namizəd mübarizə aparacaq. Bunlar aşağıdakı siyasətçilərdir:
Vladimir Putin, Sergey Baburin, Qriqori Yavlinski, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov.