Türkiyə qoşunu “Zeytun budağı” əməliyyatı çərçivəsində strateji əhəmiyyətli iki kəndi ələ keçirib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə qoşunu Afrində yeni bir uğur əldə edib. Strateji əhəmiyyətə malik Yuxarı Məski və Aşağı Məski kəndləri ilə birlikdə 524 və 544 rəqəmli yüksəklikləri ələ keçirib.
Verilən məlumatlara görə əməliyyat başladıqdan indiyə kimi zərərsizləşdirilən terroristlərin sayı 3530 nəfərə çatıb.