Rusiya yeni modernləşdirilmiş raket əleyhinə sistemin sınağını həyata keçirib
Rusiya Qazaxıstanın Sarı-Şaqan poliqonunda yeni modernləşdirilmiş raket əleyhinəmüdafiə sisteminin sınağını həyata keçirib.
Modern.az bu barədə Rusiya Müdafiə nazirliyinə istinadən xəbər verir.
Sınaqlar aprelin 1-də həyata keçirilib. Yeni sistemin adı “53T6M” raket əleyhinə müdafiə kompleksidir.
“Raket əleyhinə müdafiə kompleksinin yeni modernləşdirilmiş raketi verilmiş şərti hədəfi vaxtında məhv edərək uğurla sınaqdan keçib” – deyə Rusiya Silahlı Qüvvələrinin Hava Hücumu Müdafiəsi komandanının müavini general-mayor Andre Prixodko bildirib.
Bu sistemin Moskvanın hava hücumundan müdafiəsi üçün istifadə olunacağı bildirilir.
Modern.az sınağın görüntülərini sizə təqdim edir.
Əvəz ZEYNALOV