Şimali Koreya lideri Kim Çen In üç generalı vəzifəsindən qovub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Qərargah rəisi Ri Myonq Su da daxil olmaqla 3 general vəzifəsindən gedib. Məlumatlarda bildirilir ki, Kim Çen In ABŞ-la keçiriləcək sammit ərəfəsində yaxınında olan “komandanı” dəyişdirmə qərarı alıb.
Vəzifədən gedənlərdən biri də general Ridir. Onun ölkənin əvvəlki liderinin yaxınlarından olduğu bildirilir.
ABŞ-ın “ Vaşinqton Post” qəzetinin veriyi məlumatda ziddiyətli iki açıaqlama verilib. Qeyd edilir ki, Kim Çen In sadəcə orduda yaşlı insanları cavanlarla əvəzləyir.
Pxenyan rəhbərliyi isə hələ ki məsələylə bağlı açıqlama verməyib.