Modern.az

“Jurnalistlərin öldürülməsinin onlarla əlaqəsi yoxdur” - Mariya Zaxarova

“Jurnalistlərin öldürülməsinin onlarla əlaqəsi yoxdur” - Mariya Zaxarova

Dünya

1 Avqust 2018, 20:01

“Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərin öldürülməsi bu ölkədəki rus pedaqoqlar haqqında aparılan araşdırmalarla əlaqəsinin olması barədə yayılan məlumatlar absurddur”. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mariya Zaxarova bildirib ki, hazırda istintaq hərəkətləri aparılır: “CAR-dakı xüsusi hərbi şirkətlərlə bağlı aparılan istintaq işlərini eşidirəm və oxuyuram. Ancaq rusiyalı jurnalistlərin öldürülməsinin onlarla heç bir əlaqəsi yoxdur"..

 

Qeyd edək ki, CAR-da 2 rus jurnalist öldürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!