Ermənistan parlamentində növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə hazırlanmış seçki məcəlləsini 72 saat ərzində müzakirə etmək barədə təklifi qəbul edilməyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ədliyyə naziri Artak Zeynalyanın verdiyi təklifə əsasən, qanuna dəyişiklik 2 oxuşda 72 saat ərzində qəbul edilməli idi.
Dəyişikliklər proporsional seçki sisteminə keçid, partiyalar üçün seçki baryerinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsini nəzərdə tutur.
Eyni zamanda, koalisiya qurmaq üçün müddət 6 gündən 10-ə qədər artırılır.
Ölkədə parlament seçkilərinin dekbarın 9-10-u tarixlərində keçirilməsi təklif olunur.