Gürcüstanın eks-prezidenti, Ukraynanin Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevə dönəcəyi tarixi açıqlayıb.
Modern.az Ukrayn a KİV-nə istinadən xəbər verir ki, jurnalist Dmitri Qordona müsahibə verən siyasətçi aprelin 1-i Amsredam-Kiyev reysinə aldığı bileti göstərib.
Saakaşvili martın 31-də keçiriləcək seçkilərdə Poroşenkonun qalib gəlmək şanslarının sıfıra bərabər olduğunu və seçkilərdən sonra dərhal dönəcəyini deyib.
Bundan başqa, Saakaşvili Poroşenkonun Krımı itirmək bahasına ölkəsini Avropa Birliyi və NATO-ya üzv etmək istədiyini də əlavə edib.