“Barselona” prezidenti Xosep Mariya Bartomeu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırdıqlarını açıqlayıb.
Modern.az xəbər verir ki, o bu haqda “ESPN“ qəzetinə müsahibəsində deyib:
“Onun müqaviləsini yeniləmək istəyirik. O hələ də gəncdir və biz bunu onun performasından da görə bilirik. Messinin önündə hələ uzun illər var və o daima özünü inkişaf etdirir. Biz növbəti aylarda onunla yeni müqavilə haqqında danışacağıq”.
Qeyd edək ki, bu mövsüm 28 liqa matçında 32 qol vurub, 12-də qol ötürməsi verən Messinin ümumilikdə, 39 matçda 42 qol və 18 qol ötürməsi var.
Novruz NOVRUZLU