Rusiyanın atom sualtı qayığında (AC-12 "Loşarik") baş verən hadisə nəticəsində 14 dənizçi ölüb.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rəsmi açıqlamada qayıqda yanğın olduğu bildirilir.
Dənizçilər yanan materiallardan zəhərləniblər. Prezident Vladimir Putin Tver vilayətinə səfərini yarımçıq qoyaraq, Moskvaya dönüb.
Putin iyulun 2-də bu qəzanı “dəhşətli itki” adlandırıb və müdafiə naziri Sergey Şoyquya hadisənin səbəblərini yerində öyrənməyi tapşırıb.
Prezident deyib ki, Barents dənizində sualtı gəmidə baş vermis yanğında ölən 14 dənizçidən ikisi Rusiya Qəhrəmanıdır.
Putin İstintaq Komitəsinə “faciənin arxasındakı səbəbləri dəqiqiliklə aşkar etmək” göstərişi verib.