Türkiyənin Muğla şəhərinin Datça rayonuna bağlı Emecik sahillərinə yaxın bölgədə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 28 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, onların əksəriyyəti Suriya vətəndaşıdır.
Məlumata görə, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlarla ölkə ərazisini tərk etmək istədikləri məlum olub.
Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.
Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil verilib.