İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi onun yaxın çevrəsindən olan şəxsin satqınlığı sayəsində olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs əl-Bağdadinin yaxın çevrəsindən olan həmin şəxs onun yerdəyişmələrini koordinasiya edib.
O, amerikalılara əl-Bağdadinin İdlibdə gizləndiyi yeri və qaldığı evin otaqlarını ətraflı sxemdə ötürüb. İŞİD lideri məhv edildikdən sonra informator ailə üzvləri ilə birlikdə Suriyadan çıxarılıb. Göstərdiyi yardıma görə ona 25 milyon dollar vəsait ödəniləcək.