Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin jurnalistlər üçün növbəti geniş mətbuat konfransı keçirəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti artıq jurnalistlərin akkreditasiyasına başlayıb.
Kreml akkreditasiya alan jurnalistlərin siyahısını dekabrın 13-də dərc edəcək. Bu Putin üçün sayca 15-ci mətbuat konfransı olacaq.