Əfqanıstanda növbəti dəfə partlayış törədilib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb.
Məlumata görə, insident nəticəsində azı 20 nəfər xəsarət alıb.
Bildirilir ki, qumbaralar naməlum silahlı tərəfindən atılıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.