Çexiya Avropa Birliyində sərhədlərini açan ilk ölkə olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Adam Voytex vətəndaşların ölkə xaricinə çıxmasına icazə verildiyin, daxili hərəkət məhdudiyyətinin də ləğv olunduğunu elan edib.
Çexiyada bu vaxta qədər COVİD-19dan 7 min yoluxma və 210 ölüm qeydə alınıb.