Dünya bazarlarında neft qiymətləri bahalaşmaqda davam edir.
Modern.az xəbər verir ki, London birjasında Brent marklaı neftin 1 barreli 1,27% dəyər qazanaraq 39,02 dollara çatıb. Texas nefti WTI isə 1,04% dəyər qazanaraq 35,8 dollar olub.
Neft qiymətlərinin artması OPEK+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmanı qarşıdakı 2 ayda uzatmaq istəyindən irəli gəlir.