Suriyada aylardır davam edən qanlı olaylardan sonra prezident Bəşər Əsəd son qərarını verərək hakimiyyətdən geri çəkilmək istədiyini bildirib. Modern.az türk mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd bu haqda Rusiyalı müttəfiqlərinə göndərdiyi müsajında bəyan edib. O, qeyd edib ki, Suriya xalqı seçkilərdə prezident olaraq başqa bir namizədi irəli sürərsə qeyd-şərtsiz iqtidardan gedəcək.
B.Əsəd həmçinin vurğulayıb ki, hazırda Suriyada onun hakimiyyətini dəstəkləyən xeyli sayda insan var.
Modern.az