Modern.az

Son sutkada 10 minə yaxın insan virusdan öldü  

Son sutkada 10 minə yaxın insan virusdan öldü  

Dünya

28 İyul 2021, 08:54

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 578 mindən çox artıb.

 

Modern.az worldometers-ə istinadla xəbər verir ki, ötən sutka ərzində 578 min 408 nəfər koronavirusa yoluxub, 9475 nəfər isə dünyasını dəyişib. Bununla da virusa yoluxanların ümumi sayı 195 milyon 942 min 357, ölənlər isə 4 milyon 192 min 372 nəfərə çatıb.

 

İndiyədək ən çox yoluxma halı ABŞ (35,3 milyon), Hindistan (31,4 milyon), Braziliya (19,7 milyon), Rusiya (6,1 milyon), Fransa (6 milyon), Böyük Britaniya (5,7 milyon) və Türkiyədə (5,6 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var