Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın məsələ ilə bağlı mövqeyi rəsmi Bakının ünvanına çatdırılıb.
Rusiya tərəfinin məsələyə münasibəti ilə bağlı detallı informasiya verilməyib.