Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 197 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356004 nəfərdən test götürülüb, onların 24 898-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 24 360 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,83%-nə bir doza, 79,70%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov