Əfqanıstandakı "Taliban" hərəkatının üzvləri ilə İran sərhədçiləri arasında atışma yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi Tolo News telekanalına bildirib.
Nimroz əyalətində baş vermiş atışmanın artıq başa çatdığı qeyd olunur.
Daha əvvəl Əfqanıstan mediası hərəkatla İran sərhədçiləri arasında atışma olduğunu xəbər vermişdi. İranın "Tasnim" agentliyi atışmaya səbəb kimi fermerlərin sərhədi pozduğunu göstərib.