Modern.az

Dağıntılar altından çıxarılan 12 yaşlı qız itkin düşdü - FOTO

Dağıntılar altından çıxarılan 12 yaşlı qız itkin düşdü - FOTO

Dünya

9 Fevral 2023, 11:28

Türkiyədə dağıntılar altından xilas edilən 12 yaşlı qız itkin düşüb.

 

Modern.az xəbər verir ki, Mira Yıldırım adlı uşaq ötən gün Hatayda dağıntılar altından çıxarılaraq, şəxsi minik avtomobili ilə xəstəxanaya göndərilib.

 

Hazırda azyaşlının ailəsi Miranı tapa bilmir. Onun hansı xəstəxanaya aparılması barədə ailəsinə məlumat verilməyib. 

 

Qeyd edək ki, zəlzələdən sonra bir çox insanların itkin düşdüyü deyilir. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!