Modern.az

Voleybol komandasının bütün üzvləri zəlzələdə ölüb

Voleybol komandasının bütün üzvləri zəlzələdə ölüb

Dünya

14 Fevral 2023, 10:14

Türkiyədə baş vermiş zəlzələ nəticəsində voleybol komandasının bütün üzvləri həlak olub. 

 

Modern.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin 16 nəfərdən ibarət voleybol yığmasının üzvlərinin cəsədləri dağıntılar altından çıxarılıb.

 

Zəlzələ milli komanda Adıyamanda oteldə olarkən baş verib. Nəticədə binanın dağıntıları altında qalan idmançıların hamısı vəfat edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!