Modern.az

Zalujnı slovakiyalı həmkarı ilə Rusiya təcavüzündən DANIŞDI

Zalujnı slovakiyalı həmkarı ilə Rusiya təcavüzündən DANIŞDI

Dünya

11 Avqust 2023, 14:14

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Slovakiyanın Baş Qərargah rəisi Daniel Zmeko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

“Biz konstruktiv görüş keçirdik, nəzarət məntəqələrindən birində işlədik. Mən həmkarıma cəbhədəki vəziyyət, müdafiə və hücum əməliyyatlarımızın gedişi barədə məlumat verdim, düşmənin əməllərindən danışdım. Biz həmçinin Ukrayna ordusunun silah, sursat və hava hücumundan müdafiə vasitələrinə olan cari ehtiyaclarını müzakirə etdik. Onlar ukraynalı pilotların F-16 döyüş təyyarələrində təlim keçməsinin vacibliyini qeyd etdilər", Zalujnı yazıb.

 

"Slovakiyalı həmkarlarıma bu səfərə və Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür etdim”, - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok