Modern.az

Ukraynalı diplomat Göyçə gölündə boğuldu

Ukraynalı diplomat Göyçə gölündə boğuldu

Dünya

14 Avqust 2023, 10:17

Ukraynanın Ermənistandakı səfirliyinin əməkdaşı Göyçə gölündə boğulub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, çimərlikdə növbətçi olan xilasedicilər göldə bir nəfərin batdığını biliblər. Xilasedicilər onu sudan çıxarıblar və gələn təcili yardım briqadası onun öldüyünü müəyyən edib.

 

Daha sonra məlum olub ki, batan şəxs Ukraynanın Ermənistandakı səfirinin müşaviridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok