Modern.az

Çexiya prezidentindən ukraynalıların müdafiəsi ilə bağlı ÇAĞIRIŞ

Çexiya prezidentindən ukraynalıların müdafiəsi ilə bağlı ÇAĞIRIŞ

Dünya

14 Avqust 2023, 12:00

Çexiya prezidenti Petr Pavel ukraynalılara qarşı aqressiyaya təhrik edən siyasi qüvvələrlə birgə oynamamağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Onun çağırışı ötən həftə Pilsen şəhərində 15 yaşlı qızı zorlamaqda və öldürməyə cəhddə şübhəli bilinən 18 yaşlı ukraynalının nəzarətə götürülməsindən sonra baş verib. Daha sonra polis aydınlaşdırıb ki, oğlan qaçqın deyil, uzun müddət Çexiyada yaşayıb.

 

"Qaydalar hamıya eyni dərəcədə şamil edilməlidir. Zorakılığın və təcavüzün milliyyəti və dini yoxdur. Kimin törətməsindən asılı olmayaraq, biz bu cür davranışa dözməyəcəyik. Konkret bir şəxsin konkret cinayətini bütün qrupa aid etmək olmaz. Bizim tariximizdə kollektiv təqsirkarlıqda günahlandırmaların olduğu başqa kədərli səhifələr də var ki, faciəvi nəticələri olub", - Pavel qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok