Modern.az

ŞƏT liderləri belə foto çəkdirdi - maraqlı görüntü

ŞƏT liderləri belə foto çəkdirdi - maraqlı görüntü

Dünya

1 Sentyabr 2026, 11:56

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv və tərəfdaş ölkələrin liderlərinin birgə fotosessiyası mərasiminə birlikdə gəliblər.

Modern.az xəbər verir ki, tədbirdən yayılan kadrlarda Vladimir Putin və Si Cinpinin fotosessiyanın keçirildiyi məkana birlikdə yaxınlaşdıqları görünür. Onlar daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyanı da birlikdə salamlayıblar.

Görüntülər Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunan yubiley sammiti çərçivəsində lentə alınıb. Tədbirdə 17 ölkənin və altı beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!