Prezident Barak Obama Konqresdəki Amerika xalqına illik müraciətində Ukraynadakı hadisələrə də toxunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, beynəlxalq siyasətdən danışan prezident Ukrayna xalqının demokratiya uğrundakı mübarizəsini dəstəklədiyini bəyan edib: “Biz demokratiya qurulması uğrunda ağır iş görənlərə dəstəkləyirik. Biz Ukraynadakı prinsipləri dəstəkləyirik, ona görə ki, bütün insanların öz fikirlərini azad və sərbəst şəkildə ifadə etmək, ölkələrinin gələcək taleyinə təsir etmək haqqı var”.