Modern.az saytının verdiyi məlumata görə, rəsmi Vaşinqton Suriyanın bu ölkədəki səfirliyinin bağlanılması barədə qərar verib.
Mövcud qərar yalnız səfirliyə deyil, Suriyanın Miçiqan və Texas ştatlarında fəaliyyət göstərən fəxri konsulluqlara da şamil olunacaq. Amerikada yaşamaq icazəsi olmayan diplomatik korpus nümayəndələrinə artıq ölkəni tərk etmək barədə göstəriş verilib.Məsələyə münasibət bildirən Amerika dövlət katibi Con Kerri Suriya hökümətini təmsil edən səfirliyin burada yerləşməsinin bir növ xəyanət və təhqir olduğunu bəyan edib.
Modern.az