Modern.az xəbər verir ki, Suriyada hökumət qüvvələri əleyhinə döyüşən “Əl-Nusra” qrupunun lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumatlar açıqlanıb. “Əl-Qaidə”nin Suriya qolu kimi tanınan “Nusra” liderinin əsl adı Usamə əl-Haddavidir, o, Deyr əz-Zor bölgəsindəki əş-Şəhil şəhərində doğulub. 2003-cü ildə İraqda “əl-Qaidə”nin yerli təşkilatını yaradarkən Dəməşq Universitetinin tibb fakültəsində təhsil alırmış. 2010-da “əl-Qaidə”çi imi həbs olunub və bir il sonra həbsdən buraxılıb. Elə həmin dövrdə İŞİD lideri Əbubəkir əl-Bağdadi onu Suriyaya göndərib. Lakin sonradan onlar arasında əlaqə itib. Üstəlik, hər iki “cihadçı” arasında münasibətlər kəskinləşib.
Modern.az