Modern.az

Ən çox turist gələn ölkələr - SİYAHI

Ən çox turist gələn ölkələr - SİYAHI

19 Mart 2015, 14:41

2014-cü ildə ABŞ-a rekord sayda turist gəlib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, geridə qalan il Amerikaya 75 milyon əcnəbi turist ayaq basıb. Məlumata görə, dünya valyuta bazarında dolların bahalaşması da turistlərin ölkəyə gəlişinin qarşısını ala bilməyib.

Amma dünyanın əsas turizm ölkəsi Fransa olaraq qalıb. Ötən il bu ölkəyə 85,2 milyon turist gəlib.

Dünyanın turizm liderlərinin ilk onluğu belə formalaşıb.                    

1. Fransa

2. ABŞ

3. İspaniya

4. Çin 

5. İtaliya

6. Türkiyə  

7. Almaniya 

8. Böyük Britaniya 

9. Tailand 

10. Rusiya   

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…